ASAN xidmət və ASAN Kommunal sabah işləməyəcək

08-05-2017 / 12:31

Qələbə Günü münasibətilə ASAN xidmət və ASAN Kommunal mərkəzlərində 9 may qeyri - iş günüdür.

Bu barədə Xeberler.az-a Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib.

Qeyd edilib ki, 10 may tarixindən etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcək.

Qeyd edək ki, hazırda 11 ASAN xidmət  mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda olmaqla,  digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ və Masallıdadır.

Bununla yanaşı, Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 ASAN Kommunal mərkəzi fəaliyyətdədir. 

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.