ASAN xidmət yeni inkubasiya mərkəzi yaradır-Müsabiqə

16-05-2018 / 17:30

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ölkədə innovativ mühitin yaradılması, startap və innovativ sahibkarlığın inkişafı, yeni texnologiyaların geniş yayılması istiqamətində fəaliyyətin təşkili məqsədi ilə Azərbaycanda “İNNOLAND” inkubasiya və innovasiya mərkəzinin yaradılması ilə bağlı işlərə başlayıb.

Bu barədə Xeberler.az-a qurumdan məlumat verilib.

“İNNOLAND” mərkəzinin əsas məqsədi startapçılara ideyadan başlayaraq müstəqil şirkətin qurulmasınadək bütün proseslərdə dəstək göstərmək, yerli və xarici investorlarla əlaqələndirmək və rəqabətədavamlı innovativ məhsul və ya xidmətlərin yaranmasına köməklik göstərməkdir.

Bu baxımdan, yeni açılan innovasiya və inkubasiya mərkəzi üçün loqo müsabiqəsi elan olunur. Müsabiqənin əsas tələbi mərkəzin məqsədini, innovasiya və startap fəaliyyətinə, iqtisadiyyatın müxtəlif sektorlarına dəstək funksiyalarını vizual olaraq əks etdirən loqoların hazırlanmasıdır.

Loqolarda ASAN xidmət-in loqosuna məxsus elementlərdən istifadə olunması tələb olunmur. Loqo təklifləri ən geci 2018-ci il 10 iyun tarixinə qədər www.ideya.az internet səhifəsi vasitəsilə göndərilməlidir. Qalib loqo 500 AZN məbləğində mükafatlandırılacaq.

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.