Asiya 5G şəbəkəsinin tətbiqi üzrə lider olacaq

05-08-2015 / 13:48

InterDigital şirkətinin hesabatına görə, mobil operatorların 71 faizi Asiyanın beşinci nəsil mobil rabitə şəbəkəsi texnologiyalarının (5G) hazırlanması və tətbiqi üzrə lider olacağını düşünür.

Xeberler.az bildirir ki, ikinci yerdə Şimali Amerika regionunun (52 faiz), üçüncüdə Avropanın (45 faiz) qərarlaşacağı bildirilir. Lakin Şimali Amerika operatorlarının fikrincə, məhz onlar bu istiqamətdə lider mövqe tutacaqlar. Buna baxmayaraq Asiya telekommunikasiya şirkətləri rəqiblərindən geri qalmaq fikrində deyil. Məsələn, Yaponiyanın DoCoMo operatoru 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunları ərəfəsində 5G şəbəkəsini istifadəyə verməyi planlaşdırır, Cənubi Koreyanın SK Telecom şirkəti 2018-ci ildə 5G-nin prototipini nümayiş etdirəcək.

Digər operatorlar da asiyalı həmkarlarında geri qalmağı düşünmür. Hər üç operatordan biri 2021-ci ilədək 5G-ni kommersiya istifadəsinə verməyi planlaşdırır, lakin əksəriyyət diqqəti 2022-ci ilədək hazırlıq və sınaqlara yönəltmək niyyətindədir.

Tədqiqata görə, yüksək genişzolaqlı məhsuldarlıq (76 faiz) və Əşyaların İnterneti (74 faiz) 5G texnologiyalarının inkişafı üçün ilk təkan olması bildirilib, virtual reallıq kimi digər sahələrin beşinci nəsil rabitə şəbəkəsinin inkişafı üçün az əhəmiyyət kəsb etməsi qeyd edilib. Tədqiqat müəllifləri vurğulayır ki, beşinci nəsil rabitə şəbəkəsinin yaradılması bütün fəaliyyət sahələrinə, o cümlədən xidmət tədarükçüləri və istifadəçilərə təsir göstərəcək.

Qeyd edək ki, kommersiya istifadəsinə 2020-ci ildə başlanacaq 5G mobil şəbəkəsinin buraxılış qabiliyyəti 3G ilə müqayisədə min dəfə çox olmaqla enerji sərfiyyatını 10 dəfə azaldacaq.

 

Xeberler.az 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə