ASUS N20A noutbukunun debütü

07-11-2008 / 10:25
ASUS N10 premium-noutbukları kiçik ekranla və çox da güclü olmayan İntel Atom prosessoru ilə sərf etmirsə, onda yeni N seriyasından olan noutbuklara diqqət etməyə dəyər.
Yeni noutbuk N20A adını alıb və WXGA imkanlı 12,1 düymlük ekranla, İntel Core Duo prosessoru ilə “öndə gedən” noutbuk seqmentinə aid edilir. N10 noutbukunun NVidia GeForce 9300M qrafik nüvəsindən istifadə etməsinə baxmayaraq, N20 əksər noutbukların istifadə etdiyi GMA X4500HD nüvəsində işləyəcək. Qalan xüsusiyyətlər standartdır:
4 GB-da qədər operativ yaddaş, 320 GB həcmli sərt disk, yazan DVD ötürücüsü, veb-kamera, kartrider və kommunikasiyalara aid bütöv dəst (HDMI və eSATA daxil olmaqla).
Qiymət barədə məlumat yoxdur. Lakin ABŞ-da bir neçə satıcıda onun 999 dollar qiymətinə olduğu bildirilib.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə