ASUS yeni netbook modelini təqdim etdi

25-11-2009 / 20:02

ASUS maraqla gözlənilən NVIDIA ION əsaslı yeni Eee PC modelini rəsmi olaraq təqdim edib.Standart netbooklardan daha böyük olan 12,1 düymlük (1366 x 768) LCD ekrana sahib olan ASUS Eee PC 1201N-də 1,6 GHz-lik cüt nüvəli Atom N330 prosessor var. 2 və 3 GB yaddaşı olan məhsulda 250 və 300 GB-lik tutum variantları olacaq.

Standart netbookdan daha güclü olan ASUS Eee PC 1201N-in daxilində NVIDIA GeForce 9400 qrafik kartı var. d-Sub və HDMI çıxışlarının olduğu cihazda Ethernet, WiFi və Bluetooth 2.1 əlaqə variantları da var. Eee PC 1201N modeli Windows 7 Home Premium əməliyyat sistemi ilə yüklü satılacaq. Netbookun batareya müddəti 5 saata qədərdir. Yüksək xüsusiyyətlərə malik olmasına baxmayaraq, Eee PC 1201N-in xaricdə bazara çıxış qiyməti 499 $ olacaq.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə