Avropa İttifaqı ödəniş sistemində islahatlar aparacaq

08-05-2015 / 10:44

Ödəniş xidmətləri sahəsində Avropa qanunvericiliyi təhlükəsizlik sistemlərinin təkmilləşdirilməsi, innovasiyaların tətbiqi və istehlakçı təcrübəsinin müxtəlifliyi məqsədilə yenilənəcək. Bu barədə Avropa İttifaqının (Aİ) İqtisadiyyat və monetar siyasət üzrə komitəsinin məlumatında deyilir.

Xəbərlər RYTN-nin rəsmi saytına istinadən məlumat verir ki, qaydaların yenilənməsi ödəniş xidmətləri sahəsində rəqabətin stimullaşdırılmasına, eləcə də ödəniş innovasiyalarının, xüsusilə onlayn mühitdə tətbiqinə yönəlib. Mövcud normalara bütün dəyişikliklər Avropa Parlamenti tərəfindən təsdiq edilməlidir.

“Aİ-də ödəniş xidmətləri bazarı fraqmentləşmiş və bahalı olaraq qalır. Onun dəyəri 130 milyard avro və ya Aİ-nin ÜDM-nin 1 faizini təşkil edir. Aİ iqtisadiyyatı dünya iqtisadiyyatında rəqabətqabiliyyətli qalmaq istəyirsə, bu həcmdə xərclər sərf etməməlidir”, - Avropa Parlamentinin deputatı Antonio Tayani bildirib.

Deputat əlavə edib ki, islahatların əsas məqsədi xərcləri azaltmaq, təhlükəsizliyi artırmaq və bazara yeni oyunçuların tranzaksiyalarının və yeni mobil və elektron ödəniş üsullarının yol tapmasına sövq etməkdir.

Ödəyici bank hesablarını onlayn idarə etmək üçün üçüncü tərəfin xidmət və qurğularından istifadə edə biləcək. Öz növbəsində bu hesaba xidmət göstərən bank obyektiv səbəblər olmadan kənar provayderlərin ödəniş hesabına çıxışı bağlaya bilməyəcək.  

Bu, banklar tərəfindən bazarı yeni ödəniş xidmətləri üçün bağlamaq imkanını istisna edəcək.

Bildirilir ki, ödəniş xidməti tədarükçüləri istifadəçinin etibarlı autentifikasiyasını təmin edən və fırıldaqçılıq riskini azaldan texnologiyalar tətbiq etməlidir. Şirkətlər istifadəçilərin fərdi məlumatlarının təhlükəsiz kanallar vasitəsilə ötürülməsinə zəmanət verməlidir. Bundan başqa, ödəniş həlləri provayderləri yalnız müştərilərin icazəsi ilə onların minimum informasiyasından istifadə edə biləcəklər.  

Ödənişlər üçün komissiyanın, tranzaksiyanın qaytarılma tarifinin və sairin daxil olacağı razılaşdırılmış mətnə dəyişikliklər Avropa Parlamenti deputatları, Nazirlər Şurası və Avropa Komissiyası tərəfindən müzakirə ediləcək. Sazişin son variantı Avropa Parlamentinə səsvermə üçün təqdim olunacaq.

Xeberler.az  

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə