Avropa İttifaqı Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üçün İKT müsabiqəsi keçirir

19-07-2010 / 21:59

Bu il sentyabrın 27-29-da Belçikanın paytaxtı Brüssel şəhərində Avropa İttifaqı tərəfindən ICT 2010 - informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində ən iri beynəlxalq konfrans təşkil olunacaq.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun “APA-ECONOMICS”ə verdiyi məlumata görə, tədbirdə dünyanın müxtəlif ölkələrindən 4 mindən artıq siyasətçi, biznesmen, səhmdar və alimlər iki ildə bir dəfə Avropanın İKT sahəsində strategiyasını müzakirə edirlər.

“ICT 2010” ərəfəsində Avropa İttifaqın (Aİ) Elmi Texniki Əməkdaşlıq üzrə 7-ci Çərçivə Proqramının dəstəyi ilə yaradılmış və Aİ, eləcə də Şərqi Avropa və Mərkəzi Asiya ölkələri (Eastern Europe and Central Asia - EECA) arasında əməkdaşlığın genişlənməsi üçün üç layihəni özündə birləşdirən EU-EECA İKT birliyi EECA ölkələrindən konfransın keçirilməsində maraqlı olan tədqiqatçı komandalar arasında əlaqələrin yaradılması və fərdi dəstəyin göstərilməsi məqsədilə müsabiqə barədə elan edir.

Müsabiqənin qalibləri “İCT 2010” konfransında iştirak etmək üçün tam maliyyə dəstəyi ilə təmin olunacaqlar. Müsabiqədə Şərqi Avropa və Mərkəzi Asiya ölkələrindən (Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan və Ukrayna) İKT tədqiqatçılar komandalarının nümayəndələri iştirak edə bilər. Ərizəçi kimi bir İKT tədqiqatçılar komandasından bir neçə nümayəndə çıxış edə bilər.

Müsabiqədə iştirak etmək üçün bu il iyulun 31-i (London vaxtı ilə saat 16:00-da) tarixindən gec olmamaq şərti ilə EECA platformasında qeydiyyatdan keçmək və ingilis dilində fərdi onlayn ərizə-anketi doldurmaq lazımdır.

mənbəı APA


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.