Avropa Komissiyası “Google” şirkətinə qarşı ittiham irəli sürür

16-04-2015 / 10:41

Avropa Komissiyası ABŞ-ın “Google” şirkətinə qarşı antiinhisar qanunvericiliyini pozmaqla bağlı ittiham irəli sürmək qərarına gəlib. 

Xəbərlər “ NEWSru”  saytına istinadən bildirir ki, müvafiq qərar rəqabət üzrə Avropa komissarı Marqaret Vestager tərəfindən Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunkerlə məsləhətləşmələrdən sonra qəbul olunub.

İttihamın irəli sürülməsi ilə bağlı informasiya sonradan Avropa Komissiyasının saytında yerləşdirilib. Məlumatda qeyd olunur ki, iddialarla bağlı rəsmi bildiriş “Google”un ünvanına göndərilib.

Xatırladaq ki, Avropa Komissiyası ABŞ şirkətini məhsul və xidmətlərinin tanıdılması üçün internet axtarışı bazarında lider mövqeyindən (şirkət Aİ bazarının 90 faizinə sahibdir) sui-istifadədə, eləcə də rəqiblərinin kontentinin sürətini çıxarmada, reklamçıların və proqram təminatı tərtibatçılarının fəaliyyətini haqsız məhdudlaşdırmada ittiham edir.

Xeberler.az

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.