Avropa Komissiyası internet saytlarının bloklanmasından şikayət etməyə hazırlaşır

09-04-2015 / 10:41

Avropa Komissiyası internet saytlarının bloklanmasından şikayət etmək üçün yeni prosedur qaydaları yaratmağı təklif edir. Bu imkandan internet provayderlərinin portallara çıxışı qadağan etməsini hesab edən Avropa İttifaqı ölkələrində yaşayan resurs sahibləri istifadə edə biləcəklər.

 Xəbərlər rabitə və yüksək texnologiyalar nazirliyinə istinadən xəbər verir ki, Avropa Komissiyasının ədliyyə məsələləri üzrə komissarı Vera Jurovanın sözlərinə görə, komissiya saytların bloklanması prosedurundan iddia qaldırmaq üçün spesifik təşəbbüsün yaradılması imkanını nəzərdən keçirir. Təşəbbüs hüquqi baxımdan həm sayt sahibləri, həm də hüquq-mühafizə orqanları üçün dəqiq və şəffaf olmalıdır.  

“Open Rights Group” internetdə məxfiliyin mühafizəsi üzrə qrupun vəkilləri bildiriblər ki, senzuranın güclənməsi səbəbindən Böyük Britaniyada qanuni saytların bloklanmasına başlanıb. Hazırda resursa çıxışın məhdudlaşdırılması üçün səbəb kimi irqçi və ekstremist fikirlər, terrorçu məqsədlər, pornoqrafik və qanunla qadağan olunan digər kontent qeyd olunur. Saytların analoji qaydada bloklanması Fransada da həyata keçirilir.

Xeberler.az

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.