Avropa Oyunları ilə bağlı Bulvarda İnternetə əlçatımlıq yaxşılaşacaq

30-04-2015 / 13:47

“Bakı 2015 Avropa Oyunları ilə əlaqədar Dənizkənarı Milli Parkın keyfiyyətli və ödənişsiz Wi-Fi ilə təmin olunması istiqamətində işlər davam etdirilir”.

Bunu Xəbərlər-ə açıqlamasında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov bildirib.

O, bildirib ki, hazırda vətəndaşlar ödənişli şəkildə bu xidmətdən yararlanırlar: “Lakin buna baxmayaraq , İnternetin keyfiyyəti və sürəti ilə bağlı vətəndaşları tərəfindən idarəyə şikayətlər daxil olur. İnsanlar daha keyfiyyətli İnternetdən istifadə etmək istəyirlər. Nəzərə alsaq ki, Dənizkənarı Milli Park vətəndaşların, eləcə də, xarici qonaqların, turistlərin daha çox getdiyi məkandır, bu zaman keyfiyyətli İnternet məsələsi ortaya çıxır. Hazırda Bakı 2015 Avropa Oyunlarıyla  bağlı Dənizkənarı Milli Parkda daha böyük antennaların quraşdırılması ilə bağlı məsələlər müzakirə olunur”.

Nazim Məcidov onu da qeyd edib ki, gələcəkdə Milli Park ərazisində Wi-Fi-dan istifadə edən vətəndaşların statistikası da aparılacaq.

 

Qorxmaz Qarayev

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə