Avropa və Asiya startapçıları İstanbulda toplandı

01-10-2015 / 15:00

Bu gün İstanbulda “Startap İstanbul” konfransı öz işinə başlayıb.

Xeberler.az-ın məlumatına görə, konfrans  Asiya və Avropa ölkələrindən olan investor, İT mütəxəssislər, 500-dən yuxarı İT şirkət, mələk yatırımçılar və digər maraqlı şəxslərin iştirakı ilə baş tutur.

Qeyd edək ki, bu ilki tədbirdə  100-dən çox  seçilmiş  startap və  1500 nəfər iştirak edir. Konfransda startapların təqdimatı gözlənilir.

Sonda ən yaxşı startapların Asiya, Avropa və ABŞ-dan olan vençur investorlarının və iş adamlarının köməkliyi ilə reallaşdırılması üçün imkan yaradılacaq.

Konfrans oktyabrın 5-ə qədər davam edəcək.

“Startap İstanbul” konfrası barədə daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz. 

 

Məltəm Talıbzadə 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə