Avropada startaplara görə ən çox hansı ölkələr yatırım alıb?-Siyahı

03-08-2016 / 12:02

Yatırım analizləri platoforması CB Insights dünya  ölkələri bazında Avropanın ən çox yatırım alan şirkətlərinin adını açıqlayıb.

Avropanın sahibkarlıq sahəsindəki vəziyyətinə fərqli perspektivdən baxan CB Insights  bu araşdırmasında 2014-cü ildən sonra investisiya alan, borc maliyyələşdirilməsindən istifadə etməyən və ən az 1 milyon dollar investisiya alan startap layihələrini diqqətə çəkərək ölkələri sıralayıb.

Xeberler.az hesabata istinadən məlumat verir ki, bu ilin birinci rübündə 26,5 milyon dollar investisiya edən, ikinci dörddə birdə isə 7,5 milyon dollar sərmayə toplayan Türkiyə CB Insights-ın sıralamasında 24-cü yeri tutub.

Türkiyədən aşağda Şərqi Avropa ölkələri yer alarkən, QərbŞimali Avropa ölkələri siyahının üst sıralarında iştirak edib.

Belə ki, İsveçdən Spotify təxminən 2,3 milyard dollar sərmayə ilk sırada, Almaniyadan Delivery Hero 1,3 milyard dollar ilə ikinci sırada, Fransadan BlaBlaCar isə 355 milyon dollar ilə 3-cü sırada yer alıb.

Çex Respublikasından AVAST Software, Hollandiyadan Adyen isə Avropanın 100 milyon dollardan çox investisiya alan və unicorn, yəni milyard dollar dəyərləndirməsi olan startaplardan olub.

CB Insights-ın ölkələr əsasında ən çox investisiya alan startap xəritəsini və siyahısını aşağıda görə bilərsiniz.

 

Məltəm Talıbzadə


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.