Avropanın regional internet qeydiyyatçısı serverini Azərbaycanda quracaq

05-03-2019 / 10:09

Avropanın regional internet-qeydiyyatçısı - RIPE NCC özünün DNS (K-Root) özək serverini Azərbaycanda quraşdıracaq.

Xeberler.az  bildirir ki, bu barədə ONA-ya Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Elektron Təhlükəsizlik Xidmətinin rəhbəri Faiq Fərmanov deyib.

Qeyd edək ki, DNS server internet infrastrukturunun əsas hissəsidir və onun işə salınması qlobal təhlükəsizliyə töhfə verməklə internet şəbəkəsinin dayanıqlıq və sabitliyini daha da artıracaq.

Xidmət rəhbərinin sözlərinə görə, RIPE-nin serverinin ölkədə yerləşdirilməsi hazırda müzakirə mövzusudur və ilkin proqnoza əsasən, server bu il ərzində quraşdırılıb istifadəyə veriləcək.

Azərbaycanda ilk dəfə olaraq özək DNS serverinin (L-root) yerləşməsi ICANN (İnternetdə domen adları və zonaların verilməsini həyata keçirən təşkilat) tərəfindən 2012-ci ildə quraşdırılıb ki, bu da ölkənin internet seqmentinin təhlükəsizliyinin təmini baxımından böyük əhəmiyyətə malikdir. Faktiki olaraq ICANN-ın serverində mövcud olan resurslar Azərbaycanda yerləşən serverdə də saxlanılır. Bu isə o deməkdir ki, internetlə hər hansı problem yaranarsa, bu, Azərbaycan internet şəbəkəsinin istifadəçilərinə heç bir təsir göstərməyəcək.

“Biz nəzarət edirik ki, server işləsin. Problem yarandığı halda isə onu həll edirik. Qeyd edim ki, ICANN-ın DNS serverinin genişləndirilməsi hazırda bizim planlarımıza daxildir”, - deyə xidmət rəhbəri qeyd edib.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.