Avstriya Azərbaycanla əməkdaşlıqda maraqlıdır

26-06-2015 / 11:50

Avstriya Azərbaycan ilə informasiya-kommunikasıya texnologiyaları (İKT) sahəsində əməkdaşlığın genişləndirilməsində maralıdır.

Xəbərlər-in Azərtac-a istinadən verdiyi məlumata görə, Yüksək Texnologiyalar Parkı İKT sahəsində ikitərəfli əməkdaşlığı dəstəkləyən vacib platformadır.

Avstriyada iqtisadi artımın 28 faizi birbaşa İKT ilə bağlıdır. Bu sektorda fəaliyyət göstərən 14 mindən çox şirkət ümumi daxili məhsulun təxminən 8 faizini təşkil edir. Avstriyanın Nəqliyyat, İnnovasiya və Texnologiya Federal Nazirliyi İKT sektorunda bir sıra təşəbbüslər həyata keçirib. Hazırda bu ölkənin İKT sahəsində rəqabətə davamlı olması üçün fəaliyyət planı üzərində iş aparılır.

Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Avstriyanın Nəqliyyat, İnnovasiya və Texnologiya Federal Nazirliyi arasında imzalanan müvafiq Anlaşma Memorandumu ikitərəfli əməkdaşlığın qurulmasında mühüm şərtdir. Hazırda Avstriya ilə birgə layihələrin həyata keçirilməsi, yeni texnologiyaların tətbiqi planlaşdırılır. Bundan əlavə, Avstriya tərəfindən Elektron hökumət, eləcə də e-təhsil və e-təlimlər istiqamətində təkliflər təqdim olunub. Bu sahələrdə əməkdaşlıq üçün kifayət qədər potensial var.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.