Avstriyada 25 min istifadəçi Facebook-u məhkəməyə verib

10-04-2015 / 10:13

Avstriyada 25 min istifadəçi Facebook sosial şəbəkəsinə qarşı kollektiv iddia qaldıraraq onu istifadəçi informasiyasının məxfiliyi sahəsində Avropa qanunvericiliyini pozması ilə əlaqədar məhkəməyə verib. İşə Vyana Məhkəməsi tərəfindən baxılacaq. 

Xəbərlər RYTN-ə istinadən bildirir ki, iddiaçılar Facebook-un onların fərdi məlumatlarını toplamasından və istifadə etməsindən şikayətçidirlər.

 Fərdi məlumatların mühafizəsi məsələləri ilə məşğul olan hüquqşünas Maks Şremsin rəhbərliyi altında təşəbbüs qrupu tərəfindən tərtib olunan iddia sosial şəbəkənin Dublində yerləşən baş ofisinə qarşı sürülüb. Şirkətin bu mənzil-qərargahı ABŞ və Kanadadan kənarda hesabların qeydiyyata alınmasına məsuliyyət daşıyır. 

 İddiaçılar həmçinin bildiriblər ki, sosial şəbəkə istifadəçilər başqa saytlarda Facebook-un “Like” düyməsindən istifadə edən zaman onları izləməklə qanunu pozur. Bu səbəbdən onlar şəbəkədən adambaşına 540 dollar məbləğində kompensasiya almaq niyyətindədirlər. Beləliklə, məhkəmə iddianı tam təmin etsə, Facebook-un ödəyəcəyi kompensasiyanın ümumi məbləği 13,5 milyon dollar təşkil edə bilər.

 Facebook nümayəndələri məsələyə hələ ki münasibət bildirməyiblər.

Xeberler.az

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.