Avtomobillərin dövlət qeydiyyatına alınması prosesi niyə elektronlaşmır?

16-04-2019 / 11:11

"Bu xidmətin məzmununa baxanda, səlahiyyətli qurumun (DİN) texniki-texnoloji imkanlarına baxanda görmək olar ki, hazırki durumda onun elektronlaşması elə də ciddi problem deyil. Düşünürəm ki, DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin bu xidməti elektrona çevirməsi doğru və faydalı olardı. Bu xidmət həm dövlət qeydiyyat nişanın verilməsini və nəqliyyat vasitəsinə mülkiyyət hüququnu təsdiq edən dövlət qeydiyyat şəhadətnaməsinin verilməsini nəzərdə tutur. Xidmətin həyata keçirilməsində istifadə edilən “Giriş-çıxış və qeydiyyat" sistemi və DYP-nin "Mərkəzi İnformasiya Sistemi"  də bu qurumun özünə məxsusudur. Əgər ehtiyac olarsa yetərincə inkişaf edən DGK-nın və eGov Mərkəzinin informasiya sistemlərinə də inteqrasiyanın  problem yaradacağını düşünmürəm."

Xeberler.az  məlumat verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti, İKT sahəsi üzrə ekspert Osman Gündüz bildirib. Ekspert ictimai əhəmiyyət kəsb edən bu xidmətin tezliklə elektronlaşdırılacağına ümid etdiyini vurğulayıb:

"Eyni zamanda sirr deyil ki, avtomobillərin dövlət qeydiyyat  nişanları rəsmi dövlət rüsumu ilə bazar qiymətləri arasında kəskin var. Bəzən eşidirik ki, hansısa bir avtomiobil nömrəsi  50 000 manata da satılıb.  Düşünürəm ki, adı çəkilən xidmətin elektronlaşması prosesində avtomobillərin qeydiyyat nişanlarının da şəffaf və auksion formasına satış sitemini qurmaq faydalı olardı.  Bununla da fantastik rüsumlar dövlət büdcəsinə yönləndirilə bilərdi. Ümid edirəm DİN və eGov Mərkəzi tezliklə bu ictimai əhəmiyyət kəsb edən xidməti elektronlaşdıracaq"


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.