Axtardığınızı daha tez tapacaqsınız - yeni startap gəlir

04-03-2015 / 18:24

Çox vaxt sevdiyimiz brendlar və bizə lazım olan digər şirkətlər haqqında yeniliklər, endirimlər, kampaniyalar və digər məlumatları əldə etmək istəyirik. Bu məlumatları əldə etmək üçün nə edirik? Mağazalara gedirik, İnternet səhifəsinə daxil oluruq  və ya müxtəlif yollarla onlarla əlaqə saxlamağa çalışırıq ki, istədiyimiz məlumatları əldə edə bilək.

Lakin indi bu qədər əziyyət çəkməyə ehtiyac qalmayacaq.

Belə ki, yeri yaradılan NOTIFY mobil tətbiqini telefonunuza quraşdıraraq sizə lazım olan, sadecə sevdiyiniz brendlərə üzv olmaqdır. Bundan sonra istədiyiniz bildirişləri Notify vasitəsilə ala biləcəksiniz.yeri yaradılan NOTIFY mobil tətbiqini telefonunuza quraşdıraraq sizə lazım olan, sadecə sevdiyiniz brendlərə üzv olmaqdır. Bundan sonra istədiyiniz bildirişləri Notify vasitəsilə ala biləcəksiniz.

Bu barədə Xəbərlər-ə layihə rəhbəri Murad Mirzəyev deyib.

Onun sözlərinə görə, NOTIFY vasitəsilə siz sevdiyiniz brendlər və şirkətləri kateqoriya bölməsindən tapıb, qarşısındakı qutucuğu işarələyərək ona üzv olmuş hesab olunursuz və onların bütün endirim, yenilik və s. məlumatlarını bildiriş formasında ala bilərsiniz. Bundan başqa, NOTIFY proqramının daxilində olan şirkətlərin bütün əlaqə vasitələrini görə bilərsiniz.

Murad Mirzəyev bildirib ki, NOTIFY spam deyil. Notify tədbiqinin bazasında minlərlə şirkət (brend) olmasına baxmayaraq, siz sadəcə üzv olduğunuz şirkətlərin bildirişlərini alırsınız:

 “ Notify mobil tədbiqinin istifadəsi də çox rahatdır, çünki hər dəfə yeni məlumat olub olmadığını yoxlamaq üçün proqrama daxil olmağa ehtiyac yoxdur. Sevdiyiniz brendlərdən yeniliklər barədə məlumat göndərildikdə Notify səsli bildirişlə yeni məlumat olduğunu sizə bildirəcək”.

O qeyd edib ki, bütün şirkətlər fəaliyyət növü nəzərə alınmaqla kateqoriyalara bölündüklərindən, axtardığınız şirkəti tapmaq çox asandır:

“Öz zövqünüzə  görə NOTIFY temasını dəyişə bilərsiniz.  Həmçinin bildirişlərin səsi sizi narahat edirsə, bildiriş səsini söndürə və ya müəyyən saat aralığında gəlməsi üçün tənzimləyə bilərsiniz”

Yeni yaradılan startap layihəsinin idea rəhbərləri Murad Mirzəyev və Sabir Hacıyedir.

Proqramı yükləmək üçün  Google Play-dan Notify-Baku yazaraq və ya http://bit.ly/android_notify linkindən yükləyə bilərsiniz.

 

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə