Azad İqtisadi Zona haqqında yeni qanun hazırdır

11-03-2019 / 11:53

Sumqayıt Kimya Sənaye Parkına üç milyard dollar həcmində investisiya yatırılıb. 

Xeberler.az məlumat verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirib ki, orada yaradılan müəssisələrdə altı minə qədər insan çalışır.

Onun sözlərinə görə, ölkədə yaradılan sənaye mərkəzlərinə xarici investisiyaların cəlb olunması üçün danışıqlar aparılır.

N.Səfərov Azərbaycana investisiyaların yatırılması məqsədilə Çin şirkətləri ilə danışıqlar aparıldığını, bu işlərin miqyasının ilbəil artacağını qeyd edib:

“Konkret olaraq Çinlə kimya və aqrar sənaye sahələrində əməkdaşlığa dair müzakirələr aparılıb. Çin böyük iqtisadiyyata malik dövlətdir və Azərbaycanın bu ölkə ilə yüksək səviyyədə ticarət-iqtisadi əlaqələri mövcuddur. Biz bu əlaqələri daha da genişləndirmək niyyətindəyik. Yaxın zamanlarda danışıqların nəticəsi konkretləşdikdə, layihələr barədə açıqlama verəcəyik”.

Qeyd edək ki, Çin Xalq Respublikası ilə aparılan müzakirələrdə Azərbaycan məhsullarının ixracının təşkil olunması və genişləndirilməsi də əsas mövzulardan olub.

N.Səfərov Ələt azad iqtisadi zonası haqqında qanunun tətbiqi ilə bağlı məsələlərə də toxunub. Yeni qanunvericiliyin formalaşdırılması istiqamətində işlər aparıldğını qeyd edib.

O qeyd edib ki, iqtisadi zonanın yaradılması ilə əlaqədar müvafiq İşçi qrupu yaradılıb və bu İşçi qrup Ələt azad iqtisadi zonası haqqında qanun layihəsinin işlənilməsi üzrə böyük işlər görüb:

“Bu işlərə, təbii ki, İqtisadiyyat Nazirliyi də cəlb olunub. Görülən işlərin nəticəsi olaraq qanun layihəsi prezident tərəfindən təsdiqlənib. Bu qanun bir çox yeni məsələləri, yeni yanaşmanı ehtiva etdiyindən, onun tətbiqi ilə bağlı yeni qanunvericilik də formalaşdırılmalıdır ki, bu istiqamətdə artıq işlər həyata keçirilir”.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.