AzDataCom-dan ödənişsiz internet -Kampaniya

27-02-2016 / 11:43

Martın 1-dən AzDataCom xüsusi kampaniyaya başlayır.

Xeberler.az-ın məlumatına görə, bu kampaniya müddətində AzDataCom internet xidmətinə müraciət edən vətəndaşlar internetə ödənişsiz qoşulacaq.

Həmçinin, mart ayı ərzində AzDataComun istifadəçisi olacaq vətəndaşlar növbəti ay yəni aprel ayı ərzində internet haqqı ödəmədən internetdən istifadə edəcəklər.

Kampaniya 31 mart tarixinə qədər yəni bir ay davam edəcək.

Qeyd edək ki, AzDataCom internet provayderi olaraq ölkəmizin bütün şəhər və rayon mərkəzlərini genişzolaqlı internet (ADSL) xidmətləri ilə təmin edir.

AzDataCom-un internet xidmətini "Elektron hökumət" portalı üzərindən də sifariş etmək mümkündür.
 
Bunun üçün, www.e-gov.az ünvanına daxil olmaqla "Qeydiyatsız xidmətlər" bölməsindən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xidmətləri sırasından "AzDataCom internet xidmətinə qoşulma üçün sifariş" elektron xidməti seçilir. Daha sonra, göstərilən xanada telefon nömrənizi yazılır.

Qeyd edilən telefon nömrəsi sistem tərəfindən araşdırılır, daxil etdiyiniz şəhərdaxili telefon heç bir internet provayderinə qoşulmayıbsa, bu vaxt həmin formanın içində yaşıl rənglə ad və ünvan əks olunur.

Həmin formanın "Xidmət növünü seçin" sətrindən "AzDataCom" internet provayderi tərəfindən təqdim olunan sürətlərə görə müxtəlif xidmət növlərindən birini seçmək mümkündür.

Sifariş AzDataCom internet provayderi tərəfindən qəbul edildikdən sonra pəncərədə "AzDataCom internet xidmətinə qoşulma üçün sifarişiniz qəbul edildi" yazısı əks olunacaqdır.
 
Kampaniya çərçivəsində xidmət barədə ətraflı məlumat almaq üçün 157 Zəng (Çağrı) Mərkəzinə, AzDataComun-facebook səhifəsinə müraciət etmək olar.


  Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə