AzDataCom istifadəçilərinin sayı artıb

13-09-2015 / 12:10

AzDataCom şəbəkəsi üzərindən genişzolaqlı internet xidmətindən istifadə edənlərin sayı artıb.

Xeberler.az  bildirir ki, bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən  məlumat verilib.

Qeyd edilib ki, AzDataCom internet xidməti istifadəçilərinin sayı 4500 nəfərə çatıb.

Xidmətin keyfiyyəti ilə yanaşı, qoşulmanın asan olması sözügedən şəbəkənin ADSL istifadəçilərinin sayının daha da artmasına səbəb olub. Belə ki, “Elektron hökumət” portalında AzDataCom internet xidmətinə qoşulmaq üçün elektron sifariş vermək imkanı yaradılıb.

AzDataCom internet xidmətinə paytaxtdan əlavə regionlarda da qoşulmaq olar.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə