Azərbaycan atom yanacağı istehsal etmək üçün təkliflər hazırlayacaq

13-07-2015 / 17:38

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi atom yanacağının istehsalı ilə bağlı təkliflər hazırlayıb hökumətə təqdim edəcək.

Xeberler.az-ın məlumatına görə, bunu Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda deyib.

Nazir hesabatında xatırladıb ki, nüvə texnologiyalarının sülh məqsədləri ilə istifadəsi sahəsində Milli Nüvə Tədqiqatları Mərkəzinin tikintisi davam etdirilib, regionda ilk olan, kənd təsərrüfatı və təbabətdə sterilizasiya məqsədli "Qamma şüalanma kompleksi"nin qurulması işləri  başa çatmaq üzrədir. Onun sözlərinə görə,  bu ilin noyabr ayında kompleksin istifadəyə verilməsi planlaşdırılır.

Əli Abbasov qeyd edib ki, tədqiqat nüvə reaktorunun layihələndirilməsi üzrə Beynəlxalq Atom  Enerji Agentliyi ilə razılaşdırılması ölkəmizdə bu sahə üzrə tənzimləyici orqan olan Fövqəladə Hallar Nazirliyi ilə birgə həyata keçirilir. Nazirin sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə nüvə materialları yataqlarının  arxeoloji axtarışına başlanılıb. 

“Bu işlərdə məqsəd, əgər kifayət qədər resurslar tapılarsa, ölkəmizdə atom yanacağının istehsalı təkliflərini hazırlayıb hökumətə təqdim etməkdir”, deyə Əli Abbasov vurğulayıb.

Xeberler.az bildirir ki, artıq 2 ildir ki, MDB məkanında  Rusiya və Qazaxıstanın ortaq uran zənginləşdirmə müəssisəsi fəaliyyət göstərir.

 

Mirvari  Nəcəf


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.