Azərbaycan bankı JCB kartlarına xidmət göstərməyə başladı

01-02-2016 / 19:03

Azərbaycanda ilk dəfə olaraq AzeriCard prosessinq mərkəzinin dəstəyi ilə JCB International ödəniş sisteminin kartlarından Azərbaycan Beynəlxalq Bankının bütün bankomat və POS-terminallarında istifadə etmək olar.

Xeberler.az Trend-ə istinadən məlumat  verir ki, Yaponiyanın böyük ödəniş sistemi olan JCB (Japan Credit Bureau) 1961-ci ildə yaradılıb. Bu gün bütün dünyada 89 milyondan çox şəxs JCB kartlarından istifadə edir.

JCB kartları Yaponiyadan başqa dünyanın 19 ölkəsində, o cümlədən Çin, Cənubi Koreya, Tayvan, Vyetnam, İndoneziya, Filippin, Sinqapur, Avstriya, İspaniya, ABŞ və Rusiyada buraxılır. JCB beynəlxalq ödəniş sistemi kart qəbulu nöqtələrinin sayına görə dünyada üçüncüdür. JCB kartlarına dünyanın 190 ölkəsində 28 milyondan çox ticarət və iaşə mərkəzində xidmət göstərilir.

Bu ödəniş sistemi ilə əməkdaşlıq indi JCB kartlarından Azərbaycan Beynəlxalq Bankına məxsus 730 bankomatda, habelə bankın xidmət şəbəkəsinin əhatə etdiyi 11 mindən çox ticarət və xidmət məkanında da istifadə imkanı verir.

 Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.