Azərbaycan Beynəlxalq Bankı Disput.az-da yazılanlara reaksiya verdi

30-12-2010 / 01:33

Azərbaycan Beynəlxalq Bankı bildirir ki, bir neçə gün bundan öncə ABB-yə aid olmayan bir istifadəçi tərəfindən www.disput.az saytında Bankın adından işə qəbul barədə elan yerləşdirilmişdir

Azərbaycan Beynəlxalq Bankı vətəndaşların bu və ya digər formada Banka aid olmayan şəxslərlə əlaqə yaradıb, onlara vəd edilmiş müəyyən öhdəliklərin yerinə yetirilməsinə görə heç bir məsuliyyət daşımır.

Bununla əlaqədar məlum edirik ki, ABB-də mövcud vakant vəzifələrə işçilərin qəbulu müsabiqə yolu ilə aparılır. Bankda vakant vəzifə yarandıqda ona dair Bankın www.ibar.az İnternet saytının Vakansiya bölümündə elan dərc olunur, müsabiqə şərtləri göstərilir və iddiaçılar tərəfindən təqdim olunacaq sənədlərin siyahısı açıqlanır.

Yalnız adı çəkilən mənbədə müvafiq elan olduğu təqdirdə Bankın İnsan resursları departamenti daxil olan CV və anket formalarını vakant vəzifəyə dair tələb olunan meyarlar əsasında ətraflı təhlil edir və müvafiq meyarlara uyğun sayılan namizədləri bir neçə mərhələdən ibarət müsahibələrə dəvət edir.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.