Azərbaycan Beynəlxalq Bankı plastik kartların sayını 1,8 mln-a çatdırıb

31-01-2011 / 14:33

Azərbaycan Beynəlxalq Bankına (ABB) məxsus plastik kartlarla 2010-cu ildə aparılan əməliyyatların ümumi həcmi 2,7 mlrd. manata çatıb ki, bu da 2009-cu ilin analoji göstəricisi ilə müqayisədə 1,5% çoxdur.

ABB-nin baş ofisindən «APA-ECONOMICS»ə verilən məlumata görə, 2002-ci ildə bankın plastik kartlarının sayı 28 min ədəd, kartlar üzrə aparılan əməliyyatların həcmi isə 71 mln. ABŞ dolları civarında olub. Bankdan bildirib ki, 2010-cu il ərzində ABB tərəfindən 223 mindən çox plastik kart emissiya edilib. Hazırda bankın müştərilərinə aid aktiv plastik kartlarının ümumi sayı 1,8 mln-a yaxındır.

Qeyd edək ki, ABB-nin bankomatlar şəbəkəsi ölkənin 50-dən çox şəhər və rayonunu, o cümlədən, Bakı, Naxçıvan, Sumqayıt, Gəncə, Şirvan, Mingəçevir şəhərlərini əhatə edir. Bu şəbəkə 605 bankomatdan ibarətdir. Bakı şəhərində vəsaitin nağdlaşdırılmasından başqa, bütün kart əməliyyatlarını yerinə yetirən 65 «Məlumat köşkü» adlanan müasir tipli cihazlar müştərilərin ixtiyarındadır.

Həmçinin, ABB ekvayrinq şəbəkəsini də inkişaf etdirir. Belə ki, hazırda 2500-dən artıq ticarət və xidmət məntəqəsi bank kartları ilə xidmətə cəlb edilib, iri mağazalarda, tanınmış butiklərdə, restoranlarda, hotellərdə və başqa obyektlərdə kartlardan istifadə üçün şərait yaradılıb.

Xatırladaq ki, Azərbaycan və regionun ən iri bank kredit təşkilatı olan ABB 1992-ci ildən fəaliyyət göstərir. Bankın nizamnamə kapitalında dövlətin iştirak payı 50,2% təşkil edir. Səhmlərin qalan 40%-i xüsusi mülkiyyətdədir, 10%-i isə bankın əmək kollektivinə məxsusdur.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə