Azərbaycan beynəlxalq İKT konfransda iştirak edir

10-10-2017 / 17:44

Argentina Respublikasının Buenos-Ayres şəhərində Telekommunikasiyanın İnkişafı üzrə Ümumdünya Konfransı (WTDC) öz işinə başlayıb.  

Xeberler.az bildirir ki, konfransda Azərbaycandan rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin rəhbərliyi ilə nümayəndə heyəti, ölkəmizin Argentinadakı səfiri Rəşad Aslanov və səfirliyin 1-ci katibi Rəşad Səfərov da iştirak edir.

Tədbirin açılışı mərasimində Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi cənab Antonio Guetteresin video mesaji səslənib.

Daha sonra Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) baş katibi Hulin Cao, Argentinanın Nazirlər Kabinetinin rəhbəri Markos Pena, Vatikanın Argentinadakı rəsmi nümayəndəsi və Argentinanın Modernləşdirmə naziri çıxış ediblər.

Konfrans çərçivəsində dünya miqyasında telekommunikasiya sahəsində tənzimləmə mexanizmlərinin, qaydalarının təkmilləşdirilməsini, xüsusən də Davamlı İnkişaf Məqsədlərinin reallaşdırılmasını sürətləndirəcək yeni qərarların qəbul edilməsi gözlənilir.

Azərbaycan da Regional Rabitə Birliyi ilə əməkdaşlıq çərçivəsində hazırlanmış 30 sənədə düzəliş layihələrinin hazırlanmasında iştirak edib və onların iclaslarda məruzə edilməsində fəallıq göstərəcək.

Tədbirdə BTİ-nin aparıcı struktur bölməsi olan Telekommunikasiyanın İnkişafı Bürosunun 25 illiyi qeyd ediləcək. Maraqlıdır ki, 1994-cü ildə Telekommunikasiyanın İnkişafı Bürosunun ilk iclası da Argentinada keçirilib.

Konfrans öz işini oktyabrın 20-dək davam etdirəcək.

 Günel

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.