Azərbaycan beynəlxalq İKT sərgisində təmsil olunur

12-10-2015 / 10:03

Bu gün Budapeştdə “ITU Telecom World 2015” beynəlxalq telekommunikasiya və yüksək texnologiyalar üzrə sərgi-konfransı öz işinə başlayacaq.

Xeberler.az-ın məlumatına götə, ölkəmiz tədbirdə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun rəhbərlik etdiyi geniştərkibli nümayəndə heyəti ilə iştirak edir.

 “ITU Telecom World 2015” sərgisində Azərbaycanın Milli pavilyonunda dövlət qurumlarının və 20-dək özəl informasiya texnologiyaları şirkətinin nümayəndələri iştirak edəcəklər.

Qeyd edək ki, hazırda  sərgidə iştirak edəcək nümayəndələrimiz Macarıstandadırlar və tədbirin başlamasını gözləyirlər.  Bu gün sərginin açılışı  olacaq.

Tədbirdə İKT sahəsində yaxından tanıdığmız mütəxəssislərdən Osman Gündüz, BethClip layihəsinin rəhbəri,  tanınmış startapçı Rəşid Əliyev,  Ultra Technologies şirkətinin rəsmisi Anar Məmmədov, Neuron Technologies şirkətinin baş direktoru İsmayıl Ələkbərov ,  “Microsoft Imagine Cup 2015” innovasiya müsabiqəsidə Spinal layihəsi ilə “İnnovasiya” nominasiyası üzrə ikinci yerə çıxan NoObs komandası da  iştirak edir.

İsmayıl Ələkbərov  beynəlxalq sərgi ilə bağlı Xeberler.az-a bidirib ki, sevindirici haldır ki, Neuron Technologies şirkəti ölkəmizin digər İT və telekommunikasiya şirkətləri ilə bərabər Azərbaycan Pavilyonunda ayrıca stendlə öz məhsul və həllərini nümayiş etdirəcək:

“Mən özüm tədbirdə iştirak etmək və şirkətimizi təmsil etmək üçün artıq  3 gündür  Budapeştdəyəm.  Səfər çərçivəsində müxtəlif ikitərəfli görüşlərimiz nəzərdə tutulub. Burada şirkətlərimiz müxtəlif ikitərəfli görüşlər keçirir.  Bizim şirkətimiz də macar tərəfdaşları ilə danışqlar aparır.  Həmçinin, Neuron Technologies şirkətinin Avropa ofisinin Budapeştdə təsis olunması məsələsini müzakirə edəcəm”.

 “ITU Telecom World 2015” çərçivəsində keçiriləcək rabitə tənzimləyicilərinin rəhbərlərinin sammitində nazir Əli Abbasov məruzə ilə çıxış edəcək. Müxtəlif ölkələri təmsil edən milli və regional nümayəndə heyətləri sərgi-konfransda startap, həllər və innovasiyalar nümayiş etdirəcək, təcrübə mübadiləsi aparacaqlar.

Əldə etdiyimiz məlumata görə, ITU ilə  Azərbaycan arasında yüksək əməkdaşlıq əlaqləri olduğu üçün  dünyada təşkil olunan ən böyük  telekommunikasiya  tədbirlərindən olan bu  sərgidə  ölkəmizə ən münasib yerdə- giriş hissədə yer ayrılıb.

Qeyd edək ki, sərgi oktyabrın 16-na qədər davam edəcək.

 

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə