Azərbaycan beynəlxalq İT forumda təmsil edilir

16-05-2018 / 18:00

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və qurumlarının təmsil olunduğu Azərbaycan nümayəndə heyəti Belarusun paytaxtı Minskdə keçirilən XXV "TİBO-2018" beynəlxalq telekommunikasiya sərgi-forumunda iştirak edir.

Xeberler.az bildirir ki, nümayəndə heyətinin tərkibinə  dövlət, özəl və qeyri-hökumət təşkilatlarından 30-a yaxın təmsilçi daxildir.

"TİBO-2018" sərgisində Azərbaycan da daxil olmaqla dünyanın 15 ölkəsindən 100-dən çox şirkət iştirak edir.

Qeyd edək ki, Azərbaycan "TİBO-2018" sərgi-forumunda milli pavilyonla təmsil olunur.

Mayın 18-dək davam edəcək sərgiyə təşkil olunan VİP tur çərçivəsində Belarusun baş naziri Andrey Kobyakov və digər rəsmi şəxslər Azərbaycan Milli Pavilyonuna baş çəkib, ölkəmizin İKT sahəsində əldə etdiyi yeniliklərlə tanış olublar.

Məlumat üçün bildirək ki, sərgi-forum Belarus Respublikasında hər il keçirilir, informasiya texnologiyaları sahəsində yeni nailiyyətlər və qabaqcıl təcrübə mübadilə üçün qlobal platforma hesab olunur.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.