Azərbaycan beynəlxalq sammitdə iştirak edir

03-05-2016 / 11:00

 2-6 may tarixlərində Cenevrədə (İsveçrə) WSIS -2016 - İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti (World  Summit on the Information Society) öz işinə başlayıb.

Tədbirin təşkilatçıları qismində BMT-nin bir sıra təsisatları, o cümlədən Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ), Ticarət və İnkişaf üzrə Konfransı  (UNCTAD ), İnkişaf Proqramı (UNDP), Təhsil, Elm və Mədəniyyət Təşkilatı ( UNESCO) çıxış edir.

Xeberler.az-ın məlumatına görə, İnformasiya-kommunikasiya texnologiyaları sahəsində dünyanın ən böyük illik yığıncağı olan WSIS -2016-da Azərbaycan nümayəndə heyəti də iştirak edir.

Sammit çərçivəsində keçirilən yüksək səviyyəli görüşdə - Nazirlər Toplantısında Azərbaycan nümayəndə heyətinin çıxışı, həmçinin ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Məltəm Talıbzadə

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə