Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən mükafatlandırılıb

14-09-2018 / 17:02

Cənubi Afrika Respublikasının Durban şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən təşkil edilən “ITU Telecom World” beynəlxalq sərgi-konfransının yekunlarına dair təltifetmə mərasimi keçirilib. 

 Xeberler.az  bildirir ki, İnformasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində innovasiyaların inkişafı üçün qlobal platforma rolunu oynayan “ITU Telecom World 2018”-də fəal iştirakına və üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirdiyinə görə Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Beynəlxalq Telekommunikasiya İttifaqının xüsusi təşəkkürnamə sertifikatı ilə təltif olunub.
 
Nazirliyin tabeliyində fəaliyyət göstərən Dövlət Radiotezliklər İdarəsi isə sosial təsirli innovativ həllərin tətbiq və təşviqinə görə mükafatlandırılıb. Bununla da ölkəmiz tədbir çərçivəsində 3 sertifikata layiq görülüb.
 
Qeyd edək ki, ənənəvi olaraq hər il keçirilən “ITU Telecom World” beynəlxalq arenada telekommunikasiya sahəsinin  ən qlobal tədbiri hesab olunur. Ölkəmiz 2009-cu ildən etibarən davamlı olaraq "ITU Telecom World" sərgilərində Milli Pavilyonla təmsil olunur. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi isə tədbirin əsas beynəlxalq tərəfdaşlarından biridir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə