Azərbaycan biznesinə qarşı kibertəhlükələr iki dəfə artıb

20-07-2016 / 11:23

Yarım il ərzində Azərbaycanda hər korporativ kompüter orta hesabla 5 zərərverici proqram təminatı tərəfindən hücumuna məruz qalır.

 Xeberler.az bildirir ki, bu barədə məlumatları Kaspersky Lab şirkəti biznes istifadəçilərin 2016-cı ilin ilk altı ayı ərzində qarşılaşdığı təhlükələrə dair daxili statistikadan əldə edib.

Qeyd etmək lazımdır ki, keçən ilin eyni dövrü ərzində bu göstərici iki dəfə az idi.

Təbii ki, kibertəhlükələrin artımı bizneslərə mənfi təsir göstərir. Kaspersky Lab tərəfindən keçirilmiş tədqiqat göstərdi ki, kibercinayətlər nəticəsində dünya üzrə şirkətlərin 48%-i biznes üçün olduqca əhəmiyyətli məlumatları itirib.

Lakin hazırda bizneslər üçün ən böyük təhlükə zərərverici proqram təminatı istifadə olunmadan həyata keçirilə bilən məqsədyönlü hücumlardır. Bu hücumların ənənəvi kiberhücumlardan əsas fərqi onların hər şirkət üçün xüsusi hazırlanması və ənənəvi müdafiə vasitələri üçün maksimal dərəcədə görünməz olmasıdır. Belə hücumlar zamanı cinayətkarların adətən əsas məqsədi şirkətin ən qiymətli və məxfi məlumatları olur.

Tədqiqatın nəticələrinə əsasən, şirkətlərin 32%-i hesab edir ki, onların İT-infrastrukturuna məqsədyönlü hücum təşkil olunub.

Energetika, inşaat, sənaye, telekommunikasiya, nəqliyyat, müdafiə sənayesi kimi mühüm sektorlarda çalışan şirkətlərin 35%-nin hücumlara məruz qalması faktı mütəxəssislərin xüsusi narahatçılığını doğurur.

Bu tipli obyektlərə yönəlmiş hücumlar nəinki şirkətlərin özünə ziyan verir, həmçinin regional və federal infrastrukturun normal fəaliyyətini riskə atır.

 “Hər hansı bir kibercinayət biznes üçün neqativ nəticələr gətirir. Bu hal həm reputasiyaya zərər verir, həm də vacib məlumatların itkisi, biznes-proseslərin sıradan çıxması, istehsalın dayandırılmasına səbəb olur. Məqsədyönlü hücumlar nəticəsində isə şirkətlər sənaye kibercasusluğunun qurbanları ola bilərlər və beləliklə, ən qiymətli aktivlərini: əqli mülkiyyət, müasir işləmələr və müqavilələr haqda məlumatları itirə bilərlər. Bundan başqa, şəhərin elektrik enerjisi ilə təmin olunmasının sıradan çıxması kimi bəzi hallarda sənaye obyektlərinə məqsədyönlü hücumlar avadanlığın fiziki zədəsinə gətirib yaxud regionun normal fəaliyyətini riskə atırdı”, - deyərək Kaspersky Lab-ın antiviruslar üzrə baş mütəxəssisi Aleksandr Qostev qeyd edib.

 

Biznes üçün mühüm məlumatların itkisini aradan qaldırmaq və kiber təhlükələrlə qarşılaşma riskini azaltmaq üçün Kaspersky Lab ölçüsündən və fəaliyyət sektorundan asılı olmayaraq hər şirkətə əməkdaşların iş yerləri və mobil cihazlardan server və məlumat-mərkəzlərinə qədər İT-infrastrukturun bütün düyünlərinin təhlükəsizliyini təmin edəcək kompleks müdafiə həlli istifadə etməyi məsləhət görür. Bununla yanaşı, hazırda şirkətlərə mürəkkəb məqsədyönlü hücumları vaxtında ayırd edəcək ayrı həll gərəkkdir.

Məhz bu səbəbdən “Kaspersky Lab” şirkəti infrastruktura yönəlmiş məqsədyönlü hücumları ilkin mərhələlərdə aşkar etməyə kömək edən və cinayətkarlara müqavimət üçün sürətli şəkildə lazımlı tədbirləri görməyə imkan yaradan Kaspersky Anti Targeted Attack Platform platformasını hazırlayıb.

* Məlumatlar anonim şəkildə Kaspersky Lab məhsulları korporativ istifadəçilərindən “Kaspersky Security Network” bulud müdafiə infrastrukturu vasitəsi ilə alınıb.

** Tədqiqat Kaspersky Lab-ın sifarişi ilə B2B International şirkəti tərəfindən 2015-ci ildə həyata keçirilib. Sorğuda dünyanın 26 ölkəsindən İT və informasiya təhlükəsizliyi üzrə mütəxəssislər iştirak edib.

Məltəm Talıbzadə 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə