Azərbaycan BMT-nin İKT mükafatı namizədləri arasındadır

01-02-2018 / 10:25

BMT-nin Beynəlxalq Telekommunikasiya Birliyi (BTB) Azərbaycanın Rəqəmsal Ticarət Qovşağını mötəbər İKT mükafatı olan “WSIS 2018” namizədləri arasına daxil edib.

Xeberler.az bildirir ki, Rəqəmsal Ticarət Qovağı Beynəlxalq Telekommunikasiya Birliyinin saytında “İKT-nin biznesdə tətbiqi” bölməsində yer alan 38 nominant layihədən biridir.

Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının meneceri Nicat Əsədli bildirir ki, Azərbaycanın bu innovativ və rəqəmsal layihəsinin belə bir beynəlxalq müsabiqədə yer alması böyük nailiyyətdir.

“Bu dünyanın ən mötəbər beynəlxalq təşkilatlarından sayılan BMT-nin və onun tərkibindəki Beynəlxalq Telekommunikasiya Birliyinin Azərbaycanda innovativ iqtisadiyyat quruculuğuna verilən bir dəyərdir. İlkin mərhələdən keçən Rəqəmsal Ticarət Qovşağı, növbəti mərhələyə adlaya bilmək üçün yetəri qədər xal yığıb ilk 5 yerdən birini tutmalıdır. Səs vermə hal-hazırda BTB-nin internet səhifəsində aktivdir və bütün istifadəçilər üçün açıqdır.”

Qeyd edək ki, Beynəlxalq Telekommunikasiya Birliyi (BTB) BMT-nin informasiya və kommunikasiya texnologiyaları üzrə ixtisaslaşmış bir təşkilatıdır. Bu qurum tərəfindən hər il keçirilən WSIS Forumunda İKT sahəsində inkişaf yönümlü layihələr həyata keçirən iştirakçılar arasından namizədlər seçilir və mükafatlandırılır. Namizədlərin seçimi zamanı İKT-nin gücünü inkişafda istifadə etmək əsas meyar olaraq nəzərə alınır.

Burada fərdi şəxslərin, hökumətlərin, vətəndaş cəmiyyətinin, yerli, regional və beynəlxalq təşkilatların, elmi qurumların və özəl sektorun müxtəlif layihələrinə baxılır, qiymətləndirilir və ən çox səs toplayanlar mükafatlandırılır.

Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı 22 Fevral 2017 tarixində imzalanan “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı üzrə verilən göstərişlərə uyğun olaraq İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən yaradılıb.

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.