Azərbaycan Diplomatik Akademiyası Azərkosmosa səfər edib

03-07-2015 / 15:39

Azərbaycan Diplomatik Akademiyasının (ADA) informasiya məsələləri üzrə rəhbəri  Rahid Ələkbərli və universitetin İnformasiya Texnologiyaları və Mühəndislik İnstitutunun dekanı, elmler doktoru Muhammadu Kah Azərkosmos ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinə (ƏYPİM) səfər ediblər.

Qurumdan Xəbərlər-ə verilən məlumata görə, görüş zamanı qonaqlara Azərkosmosun fəaliyyəti barədə geniş məlumat verilib. Onlara Azərbaycan üçün yeni olan peyk sənayesində yerli kadr hazırlığı, Azərkosmos əməkdaşlarının texnologiya və peyk sənayesinə dair fərdi bacarıqlarının inkişafı istiqamətində keçirilən təlimlərdən bəhs edilib.

Gələn qonaqlar ADA universitetində Azərbaycan təhsil sistemində ali təhsilin bütün səviyyələri üzrə kadr hazırlığının həyata keçirilməsi, fundamental və tətbiqi elmi tədqiqatların uğurla aparılması barədə məlumat veriblər. ADA rəsmiləri universitetin gələcək planlarına daxil olan Elektrik, Telekommunikasiya, Mexanika, Sistem, İnformasiya Təhlükəsizliyi Mühəndisliyi tipli fakültələrin açılmasını, bu fakültələrin tədris planının tərtib edilməsində və onun peyk sənayesində tətbiqində Azərkosmos təcrübəsindən faydalanacaqlarını bildiriblər.

Görüşün sonunda universitetin tələbələrinin peyk sənayesində çalışmaq üçün həvəsləndirilməsi və bu istiqamətdə istiqamətində  lazımi tədbirlərin keçirilməsi üçün ADA və Azərkosmos arasında hər iki tərəf üçün qarşılıqlı şəkildə faydalı olacaq uzunmüddətli əməkdaşlıq qurulmasının vacibliyi qeyd olunub.

Xeberler.az 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə