Azərbaycan dünyada ilk dəfə mobil Rezidentlik təqdim etdi

24-10-2018 / 12:20

İqtisadi İslahatlar və Kommunikasiya Mərkəzi(İİTKM) İslam, Təhsil, Elm və Mədəniyyət Təşkilatı ( İSESCO) ilə birgə “Rəqəmsal Ticarət Qovşağının ikinci beynəlxalq konfransı - Elektron və Mobil Rezidentlik Proqramının açılış Mərasimini keçirib. Konfransda dünya tarixində ilk dəfə olaraq qeyri-rezidentə mobil imza- ASAN imza təqdim edilib. Eyni zamanda Azərbaycan Estoniyadan sonra xaricilərə e-rezidentlik təqdim edən ikinci ölkə olub.

Xeberler.az bildirir ki, konfransda ticarətin rəqəmsallaşdırılması, iştrirakçı ölkələr arsında e- xidmətlərin sərhədlərarası mübadilələrə təsiri və innovativ inkişafın digər aktual mövzuları müzakirə olunub.

Konfransı giriş nitqi ilə açan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib ki, qlobal iqtisadiyyatın gələcəyini texnologiyanın insan həyatına nüfuzu, pulun təkamülü, sərvətlərin bölünməsi, yeni iqtisadi hərəkətverici mühərriklərin işə düşməsi, yaşıl iqtisadiyyat, insanların paylanma coğrafiyası və ticarət paradoksu kimi amillər müəyyənləşdirir: “Azərbaycan qlobal trendləri nəzərə alaraq dördüncü sənaye inqilabının ruhuna uyğun şəkildə rəqabətədavamlı iqtisadiyyat qurmalıdır. Dünyada ikinci Rəqəmsal Ticarət Qovşağı, ilk mobil rezidentlik və ikinci elektron rezidentliyin Azərbaycanda təqdim olunması ölkəmizin innovativ inkişafa verdiyi töhfələrdir.”

Daha sonra İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri danışıb. O, İqtisadi İslahatlarin Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) ilə Azərbaycanın Rəqəmsal Ticarət Qovşaği kimi mövqeyinin tanınmasına dair Anlaşma Memorandumunu xatırladaraq bildirib ki, Azərbaycan bir çox aspektlər, o cümlədən texnoloji baxımdan qərblə şərqi birləşdirən bir məkandır.

Konfransda Estoniya parlamentinin vitse-spikeri Kalle Laanet, Türkiyənin EDAM beyin mərkəzinin rəhbəri Ussal Şahbaz, Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov, "Gazinformservice" MMC-nin baş icraçı direktorunun müşaviri Sergey Kiryushkin, Bridgizz-in baş icraçı direktoru Ahmed Larouz və başqaları çıxışlar ediblər.

Sonra İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycriyə Azərbaycanın ilk mobil operatoru Bakcellin şəbəkəsi əsasında hazırlanan mobil rezidentlik və milli geyim hədiyyə olunub. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Jankauskasa da ilk dəfə elektron rezidentlik və həmçinin milli geyim təqdim edilib. Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının meneceri Nicat Əsədli isə video çarx vasitəsi ilə elektron və mobil rezidentliyin əsas mahiyyəti, üstünlükləri və imkanları barədə iştirakçıları məlumatlandırıb.

Qeyd edək ki, qeyri-rezidentlərə elektron imza sertifikatı, həmçinin, elektron və mobil Rezidentlik Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi Qaydası”na əsasən təqdim edilir.

Azərbaycanın Rəqəmsal Ticarət Qovşağına aid ikinci beynəlxalq konfransda ABŞ, Tayland, İsveçrə, Böyük Britaniya, Estoniya, Türkiyə, Mərakeş və s. olmaqla 20- dən artıq ölkədən 200-ə yaxın nümayəndə iştirak edib. Rəqəmsal Ticarət Qovşağının ikinci beynəlxalq konfransının sponsorları Paşa Bank, Bakcell, eləcə də VISA şirkətləridir.

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə