Azərbaycan filmi nüfuzlu mükafat ala bilər

30-11-2017 / 11:20

Dekabrın 5-6-da  Kəlküttə şəhərində “Calcutta International Cult Film Festival 2017” beynəlxalq kinofestivalının “Golden Fox Awards” mükafatına təqdim edilən film-nominantların nümayişi keçiriləcək.

Xeberler.az bildirir ki, onların içərisində rejissor Murad Əbiyevin "Dəniz suyu içən it" filmi də var. Belə ki,  bu film “Qadın haqqında ən yaxşı film” kateqoriyasında nominasiya olunub.

"Dəniz suyu içən it" qısametrajlı bədii filmi “NərimanFilm” kinostudiyasının bazası əsasında çəkilib.

 Filmin ssenari müəllifi Lalə Əliyeva-Klıçkova, quruluşçu operator - Kirill Gerra, prodüsserlər - Nəriman  Məmmədov və Lalə Əliyeva-Klıçkovadır. Rollarda: Natavan Hacıyeva və Azər Aydəmir çəkilib.

Qeyd edək ki, müasir Azərbaycan kinosu tarixində ilk dəfə olaraq Honda adlı it çəkilişlərə cəlb olunub.

Filmin çəkilişlərinin 2017-ci ilin avqust ayında bitməsinə baxmayaraq, o artıq “Boğaziçi Film Festival” (Türkiyə), Sankt-Peterburqdakı SOBITİYE – 2017 və “Green Vision” festivallarında qeydə alınıb. Həmçinin, ABŞ-ın Malibu şəhərində qapalı nümayişi həyata keçirilib.

 Baş rolun ifaçısı Natavan Hacıyeva “Women's Only Entertainment Film Festival”da “Xarici kino sənətinin ən yaxşı aktrisası” adına layiq görülüb. 

Qeyd edək ki, bu il Azərbaycan müxtəlif kateqoriyalarda iki filmlə festivalda təmsil olunur.

Günel

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə