Azərbaycan filmləri xarici onlayn kinoteatrlarda təqdim olunacaq

14-11-2017 / 11:30

Azərbaycan filmləri populyar xarici “online-cinema” platformalarında təqdim olunacaq.

Xeberler.az bildirir ki, bunu portalının rəhbəri Əli Əliyev deyib.

Onu sözlərinə görə bu, dünya kino tamaşaçısına Azərbaycan filmlərini izləməyə imkan verəcək.

Ə.Əliyev vurğulayıb ki, hazırda bütün dünyada televiziya və kino izləmə internet vasitəsilə baş verir:

“Azərbaycanda da baş verənlər dünya trendlərinə uyğunlaşır. Bizdə hazırda Netflix və Amazon Prime Video kimi internet layihələr olmasa da, yaxın beş il ərzində Azərbaycanda belə layihələri reallaşdırmağı nəzərdə tuturuq. Məhz internet milli kino sənayesinə böyük təkan verə bilər, çünki bu seqment iri maliyyə potensialına malikdir”. (Trend)

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.