Azərbaycan İKT sahəsində 143 ölkə arasında 9-cu oldu

02-11-2015 / 10:37

 Dünya İqtisadi Forumunun “Qlobal İnformasiya Texnologiyaları 2015” hesabatında Azərbaycan 143 ölkə arasında hökumətin gələcəklə bağlı İKT sektoruna yanaşması üzrə 9-cu yeri, İKT sektorunun təbliğində hökumətin uğuruna görə 10-cu yeri tutub.

Xeberler.az-ın məlumatına görə, Azərbaycanda İKT sektoru hazırda həm iqtisadiyyat sahəsi, həm də ölkənin ümumi sosial-iqtisadi inkişafına xidmət edən sahə kimi dinamik inkişaf etməkdədir. Bu sahədə son 10 il üzrə orta illik artım tempi 15-20 faiz təşkil edib.
 
İKT sektoru üzrə 2014-cü ildə  real artım tempi 16.2 faiz olmuş, sektorun həcmi isə 2.2 milyard ABŞ dollarına çatıb.
 
Ümumilikdə hesabat ilində sektorun ÜDM-də payı 1.9 faiz, qeyri-neft ÜDM-in isə payı 3.2 faiz təşkil edib.
 
Son illər qeyri-neft sektorunun real artım tempinin neft sektorunun artım tempindən yüksək olması müşahidə olunur. Bu sektor həm də neft iqtisadiyyatının gəlirlərinin dəyişməsi fonunda dövlət büdcəsi gəlirlərində də nəzərə çarpır.
 
Belə ki, dövlət büdcəsinə vergi daxilolmalarında da qeyri-neft sektorunun xüsusi çəkisi sürətlə (2016-cı il üzrə 72.9 faiz nəzərdə tutulub) yüksəlməkdədir. Təsadüfi deyil ki, büdcə daxilolmalarında qeyri-neft sektorunun payı 2014-cü ildə 34 faiz idisə, 2016-cı ilin büdcəsində nəzərdə tutulmuş büdcə daxilolmalarında bu rəqəm artıq 46.5 faiz kimi proqnozlaşdırılıb.

Xeberler.az


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.