Azərbaycan ilə əlaqəli bütün Android tətbiqlər bir platformada

06-01-2016 / 12:40

Azərbaycan  və ya Azərbaycan ilə əlaqəli olan bütün Android tətbiqləri bir platformada toplayan yeni mobil tətbiq yaradılıb.

Xeberler.az-ın məlumatına görə, Ustad.az layihəsinin rəhbəri Şahin Abdurəhimov  tərəfindən hazırlanan BizimDroid  sistemi vasitəsi ilə istifadəçilər onlara lazım olan yeni tətbiqləri daha tez tanıyacaq və onlar haqqında məlumat əldə edə biləcək.

Həmçinin sistemdə xüsusi reytinq sistemi vasitəsi ilə tətbiqləri dəyərləndirmək və ən yaxşı tətbiqləri digərləri ilə müqayisə etmə imkanı var. Yəni, hansı tətbiqlərin daha çox istifadə edildiyini, daha çox bəyənildiklərini görmək mümkündür.

Şahin Abdurəhimov Xeberler.az-a bildirib ki, tətbiqin yaradılmasında məqsəd Azərbaycandilli və ya Azərbaycanla əlaqəli bütün tətbiqlərin asanlıqla tapılmasını və istifadəsini təmin etmək və Azərbaycanda bu sahənin inkişafına dəstək olmaqdır.

Bir müddət əvvəl Şahin Abdurəhimovun hazırladığı “Yeni Milyonçu” oyunu da  böyük maraqla qarşılanmışdı və Milli Net 2015-in qalibi olmuşdu.

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə