Azərbaycan innovasiyası Mərakeşdə tətbiq edilə bilər

13-11-2017 / 14:26

9-10 noyabr tarixlərində İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) dəvəti ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ASAN Xidmət-in Mərakeş Krallığının paytaxtı Rabat şəhərinə rəsmi səfəri baş tutub.

Xeberler.az-ın məlumatına görə, rəsmi nümayəndələr AZINNEX  Konsorsiumunun üzvləri – BESTCOMP şirkətinin rəhbəri Rauf Həsənov və BEST Solutions şirkətinin rəhbəri xanım Yana Krimpe müşayiət edirdi.

Səfər çərçivəsində inzibati islahat və dövlət xidmətlərindən məsul olan hökumət başçısı yanında nazir nümayəndəsi, eləcə də hökumət başçısı yanında ümumi işlər və dövlət idarəçiliyi üzrə nazir nümayəndəsi ilə ikitərəfli görüşlər keçirilib.

Görüşlərdə Azərbaycanın innovativ brendlərindən sayılan ASAN Xidmət və ABAD layihəsindən əlavə Azərbaycanın innovativ şirkətlərinin nailiyyətləri təqdim edilmiş və “Asan İmza” mobil elektron imza, Rəqəmsal Ticarət Qovşağı, Azexport.az kimi texnologiyaların tətbiqi imkanları, məhkəmə sistemi üçün innovativ platformalar və bir sıra digər texnologiyalar müzakirə edilib.

Bildirilib ki, Azərbaycan texnologiyaları artıq dünyanın bir sıra ölkələrində özlərini sübut etmiş və Azərbaycanla Mərakeş Krallığı arasında davamlı ticarət və iqtisadi əlaqələrin qurulması və inkişafında əlaqələndirici ola bilər.

Bu səfər çərçivəsində ISESCO ilə ASAN Xidmət arasında əməkdaşlıq haqqında memorandumun imzalanması da baş tutub.

Memorandumu Təşkilat adından cənab Əbdüləziz bin Osman əl-Tüveycri və Agentliyin prezidenti İnam Kərimov imzalanıb.

Memorandumun məqsədi Təşkilata üzv ölkələrdə Azərbaycanın dövlət xidmətlərinin inkişafına verdiyi töhfəyə görə Birləşmiş Millətlər Təşkilatının mükafatına layiq görülən və dünyaca tanınan ASAN xidmət modeli əsasında dövlət xidmətlərinin təqdim edilməsi layihəsinin işlənib hazırlanmasıdır.

Həmçinin Memorandum yaxın illərdə ISESCO-ya bütün üzv-dövlətlərdə bir sıra layihə və proqramların tətbiqi imkanlarını təqdim edir.

Günel

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.