Azərbaycan internet idarəçiliyi üzrə forumda təmsil olunur

10-11-2015 / 17:14

Məlumat verdiyimiz kimi, bu gün Braziliyanın Juan-Pesoa şəhərində, noyabrın 13-dək davam edəcək, 10-cu İnternet İdarəçiliyi Forumu (IGF) işə başlayıb.

Xeberler.az-ın məlumatına görə, tədbir çərçivəsində informasiya cəmiyyəti və internetin idarə edilməsi məsələləri yüksək səviyyədə müzakirə ediləcək.

Builki forumun əsas mövzusu "İnternet idarəçiliyinin təkamülü: dayanıqlı inkişaf hüquqlar və imkanlar”dır. Forumda kibertəhlükəsizlik və etibar, internet iqtisadiyyatı, açıqlıq və müxtəliflik, hərtərəfli əməkdaşlığın genişləndirilməsi, internetdə insan hüquqları, kritik internet resursları və mövcud problemlər müzakirə ediləcək.

Beynəlxalq Forumda ölkəmizi Azərbaycan Prezident administrasiyası yanında ictimai-siyasi məsələlər üzrə şöbənin baş məsləhətçisi Ceyran Əmiraslanova təmsil edəcək.

Tədbirdə, həmçinin Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP)  Bakı ofisinin əməkdaşları Nəriman Hacıyev, Vasif Məmmədov, Natiq Mürşüdov və IGF-in yerli nümayəndəsi Jalə Hacıyeva iştirak edəcəklər.

Xatırladaq ki, Azərbaycan 2012-ci ilin 6-9 noyabr tarixində Bakutel sərgi-konfransı çərçivəsində 7-ci İnternet İdarəçiliyi Forumuna (IGF) ev sahibliyi edib.

Xeberler.az 

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.