Azərbaycan internet istifadəçilərinin sayına görə Ermənistanı 18 dəfə üstələyir

29-07-2010 / 05:27

Bu barədə «Internet World Stats» təşkilatının yaydığı məlumatda bildirilib.

Təşkilatın açıqladığı məlumata görə, cari ilin iyun ayına Azərbaycanda internet istifadəçilərinin sayı 3,689 mln., Gürcüstanda 1,300 mln. nəfər olub. Hesabat dövrünə Ermənistanda 0,208 mln. nəfərin internet istifadəçisi olduğu qeyd edilib.

Təşkilatın Yaxın Şərq - ərəb dövlətləri istisna olunmaqla 35 Asiya dövlətini əhatə edən statistikasına görə, bu ölkələr üzrə ümumilikdə 825,094 mln. nəfər internet istifadəçisi var. Asiya qitəsində ən çox internet istifadəçisi əhalisinin sayına görə dünyanın ən böyük dövləti olan Çindir – 420 mln. nəfər. Birinci üçlükdə sonrakı yerləri 99,144 mln. nəfərlə Yaponiya və 81 mln. nəfərlə Hindistan tutur.

Ümumilikdə, internet istifadəçilərinin sayına görə Azərbaycan 35 Asiya dövləti arasında 15-ci yerdədir. Siyahıda Azərbaycanı Asiyadakı MDB dövlətlərindən yalnız 5,3 mln. nəfərlə Qazaxıstan və 4,6 mln. nəfərlə Özbəkistan qabaqlayır.

Qaynaq: APA


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə