Azərbaycan istifadəçiləri Skype-la pulsuz danışacaq

12-10-2015 / 11:40

Microsoft korporasiyası Office 365 BULUD xidmətinin Azərbaycan istifadəçilərinə Skype vasitəsilə pulsuz beynəlxalq zənglər həyata keçirmək imkanı təqdim edib.

Xeberler.az bildirir ki, pulsuz Skype zənglərindən faydalanmaq üçün Office 365 Personal və ya Office 365 Home paketlərinə abunə olmaq lazımdır. Abunə olmaqla hər bir abunəçi dünyanın 60-dan çox ölkə və regionuna əlavə ödəniş olmadan ayda 60 dəqiqəlik pulsuz zəng əldə edir. Artıq Skype hesabı olan istifadəçilər www.office.com/myaccount səhifəsinə Microsoft hesabı vasitəsilə daxil olub müvafiq linkdən faydalanaraq pulsuz beynəlxalq zəng dəqiqələrini aktivləşdirə bilərlər. Əgər sizin Skype hesabınız yoxdursa, o zaman qeydiyyatdan keçərək müvafiq link vasitəsilə beynəlxalq zənglər üçün təqdim olunan dəqiqələri aktivləşdirə bilərsiniz. Nəticədə www.office.com/myaccount səhifəsində sözügedən əməliyyatın təsdiqi əks olunacaq. Daha sonra Skype-da sadəcə nömrəni yığmaqla hər bir abunəçi asanlıqla dost və yaxınlarına zəng edə biləcək.

Qeyd edək ki, Skype-da təqdim olunan pulsuz beynəlxalq zəng dəqiqələri xüsusi, təkmilləşdirilmiş və qeyri-coğrafi nömrələrə tətbiq edilmir. Onlar vasitəsilə fövqəladə zənglər etmək də mümkün deyil.

Office 365 Personal paketinə aylıq onlayn-abunənin qiyməti 5,99 dollar (6,2 manat), Office 365 Home paketinə isə 7,99 dollar (8,3 manat) təşkil edir. İllik abunə haqqı isə müvafiq olaraq 59,99 dollar (62,9 manat) və 79,99 dollardır (83,9 manat). Əsas baza proqram məhsullarından sayılan və ənənəvi olaraq geniş populyarlıq qazanan Office 365-ə abunə olmaqla istifadəçilər ən yaxşı imkanlardan, Office-in tam funksiyalar dəstindən, o cümlədən 1 Tb həcmə malik OneDrive BULUD saxlancından yararlana bilərlər. Office 365-ə abunə əldə etməklə istifadəçilər Office tətbiqlərinin bütün funksiyalarından fərqli cihazlarda faydalanan 7,1 milyondan çox aktiv abunəçilər qrupuna üzv olurlar.  

Qeyd edək ki, Office 365 Personal və Office 365 Home istifadəçiləri il ərzində beynəlxalq telefon zəngləri üçün öz hesablarına dəfələrlə çox miqdarda vəsait xərcləyən sadə Skype istifadəçiləri ilə müqayisədə əhəmiyyətli məbləğdə pula qənaət edirlər.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə