Azərbaycan İT şirkəti ABŞ-da xüsusi mükafat alıb

16-09-2017 / 14:15

Sentyabrın 11-dən 14-dək ABŞ-ın Çikaqo şəhərində keçirilmiş “HP REINVENT World Partner” forumunda Azərbaycanın Bestcomp Group şirkəti Şərqi və Cənubi Avropada ən yaxşı İT şirkət hesab edilib və "HP Partner of the Year 2017", “Growth Award” mükafatı ilə təltif edilib.

Bu barədə Xeberler.az-a şirkətdən məlumat verilib.

Qeyd edilib ki, HP dünya IT bazarının lideridir və bizə dünyanın hər yerindən 1500-dən çox IT şirkətinin rəhbərlərinin iştirak etdiyi forumda bu mükafatı almaq şirkət üçün çox xoşdur:

“Biz fəxr edirik ki, Azərbaycanın İT şirkəti Şərqi və Cənubi Avropanın 24 ölkəsi arasında ən yaxşısı hesab edilib. Şübhəsiz ki, bu təkcə bizim şirkət üçün yox, həm də bütün Azərbaycan IT-bazarı üşün əlamətdar hadisədir. Bizim qələbəmiz bir daha Azərbaycanda bu sahənin inkişafını və iqtisadiyyatın müxtəlif sahələrinə qabaqcıl informasiya texnologiyalarının geniş tətbiqini göstərir”.

BestComp Group şirkəti 1995-ci ildən fəaliyyət göstərir. Əməkdaşların yüksək peşəkarlığı, hər bir müştəriyə fərdi yanaşma və optimal kompleks həll yollarının təklif edilməsi şirkəti regionun IT seqmentində liderlərdən birinə çevrilməsinə kömək edib.

BestComp Group HP-nin Platinum tərəfdaşı, Microsoft-un distribütoru, eləcə də ACER, Lenovo, Schneider Electrics, Eaton, Sandvine, Oracle, CISCO, F5, Palo-Alto, Micro Focus, HID kimi dünya IT sənayesinin 30-dan çox lider şirkətlərinin aparıcı tərəfdaşıdır.

Məlumatda qeyd edilib ki, şirkət hər bir müştəri ilə biz fərdi olaraq işləyir:

“ Bizim üçün əməkdaşlarımızın peşəkar təhsili böyük önəm daşıyır. Çünki məhz əməkdaşların yüksək səviyyədə ixtisaslaşması hər bir şirkətin uğurunun əsasında dayanır. Əməkdaşlarımız daim müxtəlif beynəlxalq seminarlarda və treninqlərdə iştirak edir və dünyanın aparıcı IT şirkətlərindən 300-dən çox sertifikat əldə ediblər. BestСomp Group sertifikatlaşdırılmış Data-mərkəzlərin, informasiya və enerji təhlükəsizliyi sistemlərinin, lokal və regional telekommunikasiya şəbəkələrinin yaradılması, istehsal proseslərinin avtomatlaşdırılması, geniş təyinat üçün nəzərdə tutulmuş proqramların hazırlanması üzrə layihələri uğurla həyata keçirir. Bestcomp Group-un nəzdində НР, HPE, ACER, Lenovo, Schneider Electrics by APC, Eaton, Tripp Lite və digər avtorizə olunmuş servis mərkəzləri fəaliyyət göstərir”.

Xeberler.az

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə