Azərbaycan “ITU TELECOM World 2009” konfransında iştirak edəcək

13-08-2009 / 13:14

Daha öncə də məlumat verdiyimiz kimi bu il oktyabrın 5-dən 9-dək Cenevrədə “İTU Telecom World 2009” Telekommunikasiya texnologiyaları, avadanlıq və xidmət üzrə Beynəlxalq ixtisaslaşdırılmış sərgi və konfrans keçiriləcək.

Tədbirdə Azərbaycanı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) nümayəndə heyəti təmsil edəcək. RİTN-dən APA-ya verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinin tərkibi hazırda müəyyən edilir.

Qeyd edək ki, tədbir üç ildə bir dəfə keçirilir və sonuncu dəfə 2006-cı ildə Honkonqda keçirilib. Bu il sərgi-konfrans “Açıq şəbəkələr - müttəfiq süurlar” devizi altında keçiriləcək. Sərgidə telekommunikasiya və informasiya texnologiyaları sahəsinin yenilikləri nümayiş etdiriləcək.

Tədbir çərçivəsində ITU TELECOM Village kimi iş mərkəzi fəaliyyət göstərəcək, burada iştirakçı şirkətlər öz qərargahlarını yarada bilərlər. “ITU TELECOM World”-un işinə Gənclər üçün forum daxil edilib.

Bu il konfrans tematik pavilyonlara bölünəcək, o cümlədən teletibb və elektron səhiyyə, məsafəli təhsil və online təlim, səyyar rabitə vasitələrinin istifadəsi ilə bank və maliyyə əməliyyatlarının həyata keçirilməsi. Bir sıra təşkilat milli pavilyonlarının təşkili ilə bağlı müraciət edib.

Sərgi-konfransa 40 ölkədən 700 iştirakçının, 140 ölkədən 45 min peşəkar iştirakçının, 150 ölkədən 1 min VİP iştirakçının (nazirləri, nazirlik nümayəndələrini, tənzimləmə orqanlarını, səfirləri, baş direktorları və s. daxil etməklə) maraq göstərməsi proqnozlaşdırılır.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə