Azərbaycan məhsulu olan oyunun istifadəçiləri 2 milyonu keçib

08-12-2015 / 14:38

Hazırda Azərbaycanda və dünyada  tanınan Fatal Fight  döyüş oyununun aktiv istifadəçiləri 2 milyonu keçib.

Bu barədə Xeberler.az-a oyun komandasından məlumat verilib.

Qeyd edək ki,  oyun yerli Azərbaycan istehsalıdır.  Oyunun qurucusu və müəllifi azərbaycanlı Tor Digital Agency-nin baş direktoru Toğrul Səmədovdur.

Fatal Fight-ın oyununu hazırlanmasına  100 min dollara yaxın vəsait sərf olunub.   
Oyunu hazırlayan əsas komanda 7 nəfərdən (ümumilikdə 14 nəfər) ibarətdir  və 6 ay müddətində hazırlanıb.

Fatal Fight-ın  vizual effektləri Mortal Combat,  Gameplayi isə Thimberman oyununun (sağ - sol düymələri vasitəsilə idarə olunma) motivləri əsasında hazırlanıb. 

 Oyunun yaş həddi 16 yaşdan yuxarıdır. 

Məltəm Talıbzadə 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.