Azərbaycan “Microsoft” tərəfindən təşkil olunacaq konfransda təmsil olunacaq

03-07-2009 / 20:04

İyulun 5-8-də Parisdə Ali təhsil üzrə Ümumdünya Konfransı (WCHE 2009) keçiriləcək. YUNESKO təşkilatı və "Microsoft" koorporasiyası tərəfindən təşkil olunacaq konfransda 30-dan çox ölkənin təhsil sistemlərini təmsil edən 200 nümayəndənin iştirakı gözlənilir.

Konfransda Azərbaycanı Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədov, Təhsil Nazirliyinin ali və orta ixtisas təhsili şöbəsinin müdiri İlham Mustafayev və "Microsoft Azərbaycan" şirkətinin “Təhsildə Tərəfdaşlıq” proqramı üzrə meneceri Emin Axundov təmsil edəcək.
Tədbirdə cari iqtisadi şəraitdə ali təhsilin rolu, ali təhsildə tendensiyalar, o cümlədən informasiya-kommunikasiya texnologiyalarının təhsilə göstərdiyi təsir kimi məsələlər müzakirə olunacaq.

Konfrans ərzində keçiriləcək görüşlərdə Azərbaycanın nümayəndə heyəti “2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması Dövlət Proqramı” çərçivəsində Azərbaycanın ali təhsil sahəsində informasiya texnologiyalarının tətbiqi haqqında məlumat verəcək.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.