Azərbaycan Moskvada İT-sərgidə iştirak edəcək

04-05-2011 / 01:03

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun başçılığı altında Azərbaycan nümayəndə heyəti mayın 10-dan 13-dək Rusiyanın paytaxtı Moskva şəhərində keçiriləcək "Svyaz Ekspokomm-2011" 23-cü Beynəlxalq telekommunikasiya avadanlığı, idarəetmə sistemləri, informasiya texnologiyaları və rabitə xidmətləri sərgisində iştirak edəcək.

Xəbərlər-in verdiyi məlumata görə, respublikanı tədbirdə təmsil edəcək nümayəndə heyətinin tərkibinə həmçinin ölkənin özəl telekommunikasiya şirkətlərinin nümayəndələri də daxildir.

Builki sərgidə Azərbaycan ayrıca pavilyonla təmsil olunacaq. Stendlərdə son illər ərzində respublikanın informasiya texnologiyaları sahəsində məhsulları, xidmətləri, həlləri və əldə olunan nailiyyətləri öz əksini tapacaq.

Sərgi çərçivəsində iştirakçılar Azərbaycanın İT-bazarının imkanları, eləcə də respublikada həyata keçirilən layihələr, xüsusən Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılması, Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) və Elektron hökumət haqqında məlumatlandırılacaqlar.

 

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.