Azərbaycan nümayəndə heyəti 8-ci İnternet İdarəçiliyi Forumunda iştirak edir

23-10-2013 / 14:01

Azərbaycan nümayəndə heyəti İndoneziyada keçirilən “Körpülərin qurulması: çoxtərəfli əməkdaşlıqda hökumətlərin rolu” mövzusunda 8-ci İnternet İdarəçiliyi Forumunda iştirak edir.

 Oktyabrın 22-si keçirilən açılış mərasimində Azərbaycanı təmsil edən Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə İKT sahəsinin Azərbaycanın inkişafı üçün əsas prioritet sahələrdən biri olduğunu qeyd edib və görülən işlər barədə iştirakçıları məlumatlandırıb.

Ölkədə və regionda internetin inkişaf etdirilməsi istiqamətində işlər barədə danışan E. Vəlizadə ölkədə genişzolaqlı xidmətlərin inkişafı üzrə layihənin icrası, “EPEG” layihəsində iştirak və “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASIM) layihəsinin əhəmiyyəti haqqında forum iştirakçılarını məlumatlandırıb.

 Tədbirdə ABŞ, Böyük Britaniya, Yaponiya, Braziliya, Türkiyə, Rusiya rəsmiləri, beynəlxalq və ictimai təşkilatların nümayəndələri ilə görüşlər keçirilib.

Oktyabrın 25-dək davam edəcək 8-ci “IGF” forumu çərçivəsində Azərbaycanın İKT sahəsinə həsr olunmuş seminarın keçirilməsi nəzərdə tutulub. (mincom.gov.az)


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.