Azərbaycan Poçtu növbəti dəfə Qızıl sertifikat alıb-Foto

21-09-2016 / 15:48

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) nümayəndə heyəti Türkiyənin İstanbul şəhərində keçirilən XXVI Ümumdünya Poçt Konqresində iştirak edir. Ümumdünya Poçt İttifaqının (ÜPİ) və Türkiyənin Poçt və Teleqraf  Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən konqresdə 192 üzv ölkə təmsil olunur.

RYTN-dən Xeberler.az-a verilən məlumata  görə, 19-20 sentyabr tarixlərində artıq konqresin ilk iclasları keçirilib. ÜPİ-nin EMS (Ekspress Mail Servis - Sürətli Poçt Xidmətləri) üzrə Baş Assambleyasının iki gün davam edən iclaslarında EMS xidmətlərinin göstərilməsi üzrə 2015-ci ildə dünya ölkələri arasında aparılmış qiymətləndirmənin nəticələri açıqlanıb və yüksək nəticə göstərmiş ölkələr mükafatlarla təltif edilib.

Sevindirici haldır ki, Azərbaycan Poçtu növbəti dəfə EMS üzrə Qızıl səviyyəli ÜPİ sertifikatı ilə təltif olunub və ÜPİ-nin Baş direktoru Bişar Hüseyn tərəfindən sözügedən mükafat Azərbaycanın nümayəndəsinə təqdim edilib.

 Qeyd edək ki, konqres Ümumdünya Poçt İttifaqının ali orqanıdır və hər dörd ildən bir keçirilir.

Üç həftə davam edəcək konqresin ilk iki həftəsində müxtəlif komissiyalarda Konqresə təqdim olunmuş təkliflər ətrafında müzakirələr aparılıb müvafiq qərarlar qəbul ediləcək.

Sonuncu - üçüncü həftədə isə Nazirlər toplantısı, eyni zamanda ÜPİ-nin ali orqanları olan Administrativ və Poçt Əməliyyatları şuralarına seçkilər keçiriləcək.

Məlumat üçün bildirək ki, Azərbaycan hər iki Şuraya üzvlüyə namizəddir.

Konqresin son günü ÜPİ üçün əsas yol xəritəsi hesab edilən Ümumdünya poçt strategiyası imzalanacaq. 2017-2020-ci illər üçün nəzərdə tutulan yeni sənəd konqresin Türkiyədə keçirilməsi nəzərə alınaraq, İstanbul Poçt Strategiyası kimi tanınacaq.

 

 Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə