Azərbaycan poçtunda 50-dən çox itirilmiş sənəd var

10-05-2018 / 14:42

Təmiz Şəhər ASC aprel ayının 27-də Azərpoçt MMC-nin Poçtap xidmətinə 55 itirilmiş sənəd verib.

Bu barədə Xeberler.az-a Azərpoçt-dan məlumat verilib.

Qeyd edilib ki, həmin sənədlərin 50 faizə yaxını şəxsiyyət vəsiqələridir.

Bundan başqa, itirilmiş sənədlər arasında sürücülük vəsiqələri, nəqliyyat vasitələrinin qeydiyyatı barədə şəhadətnamələr, ümumvətəndaşlıq pasportları, pensiya kitabçaları, "Qəhrəman ana" vəsiqəsi, orden kitabçası, əmək kitabçaları, hərbi biletlər, tələbə vəsiqəsi, tələbə kartı, elektron sağlamlıq kartı, "DIA Holding" iş vəsiqəsi, partiya biletləri, doğum haqqında şəhadətnamələr və avtomobilin idarə olunması üçün etibarnamə var.

Tapılan sənədlər barədə məlumatları xidmətin 169 nömrəli telefonuna zəng etməklə və ya pochtap.az saytı vasitəsilə əldə etmək olar.

İtirilmiş sənədlər Poçtap sistemində 30 gün müddətində qala bilər. Daha sonra onlar müvafiq strukturlara təhvil verilməlidir.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.