Azərbaycan Qadın Jurnalistlər Birliyi Milli Mətbuat Günü ilə bağlı tədbir keçirib

22-07-2009 / 17:10

Azərbaycan Qadın Jurnalistlər Birliyi Milli Mətbuat Günü ilə bağlı tədbir keçirib. Tədbirdə çıxış edən  birliyin sədri Sevinc Osmanqızı qadın jurnalistlərin cəmiyyətdə rolu və peşəkar inkişafından danışıb.

ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorel isə mətbuat azadlığının vacibliyini qeyd edərək Azərbaycan mediasına hər zaman dəstək verməyə hazır olduqlarını deyib. Millət vəkili Gültəkin Hacıbəyli mətbuatı cəmiyyətin inkişaf göstəricisi adlandıraraq bildirib ki, cəmiyyət gözəl olanda, onun mətbuatı da gözəl olur.

Tədbirdə həmçinin müxtəlif KİV orqanlarında çalışan jurnalistlər də çıxış edib.Sonda qonaqlara qadın jurnalistlərin öz əlləri ilə hazırladıqları təamlar təqdim olunub.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə